İndoneziyanın Malanq şəhərində futbol matçında uduzan komandanın fanatlarının izdihamı və polisin kütləni dağıtmaq üçün gözyaşardıcı qaz vurması nəticəsində baş verən qarışıqlıqda ölənlərin sayı 174-ə yüksəlib.
Yenicag.az xəbər verir ki, bu barədə vilayətin qubernator müavini Emil Dardak məlumat verib.
Bildirilib ki, eyni zamanda iğtişaşlarda 100-dən çox insan isə yaralanıb.