Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

“Stadionda “İstefa” şüarı səsləndirmək nə vaxtdan cinayət sayılır?” – Millət vəkilindən ETİRAZ 

Reklam: Sinerji Pro

“AFFA rəhbərliyi ya səhvlərini etiraf edərək istefaya getməli, ya da ki…”

Bu fikirləri Yenicag.az-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin dünən Slovakiyaya 1-5 hesablı biabırçı məğlubiyyətindən sonra atılması zəruri olan addımlar haqqında danışan millət vəkili Aqil Abbas deyib. Millət vəkilinin sözlərinə görə, ölkənin futbol təsərrüfatında yaranmış vəziyyəti düzəltmək üçün təcili addımlar atılmalıdır:

“AFFA İcraiyyə Komitəsinin iclasında hansı məsələlərin müzakirə olunduğu haqda rəsmi məlumat yoxdur. Ona görə də, nə etmək istədikləri haqda fikir bildirmək çətindir. Futbolumuzun bu vəziyyətdə olmasının ilkin səbəbi səkkiz komandalı çempionatdır. Səkkiz komandada da cəmi altmış yerli futbolçu var. Ona görə də, milli komanda bu vəziyyətdədir. AFFA rəhbərliyi ya bəyan etməlidir ki, konkret bir müddətdə bütün problemləri aradan qaldıracaq. Ya da deməlidir ki, biz getdik, yeni prezident və baş katib seçin. Ümumiyyətlə, isə AFFA rəhbərliyi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməməsi barədə xalqa hesabat verməlidir. Dünən milli komandanın oyunu zamanı stadionda “İstefa” şüarı səsləndirmiş azarkeşlərin polis tərəfindən saxlanılması haqda dəqiq məlumatım yoxdur. Əgər belə bir şey olubsa, mən bunu pisləyirəm. Azarkeşlərin öz narazılıqlaırını bildirmələri bütün ölkələrdə var və buna normal baxmaq lazımdır. Stadionda “İstefa” şüarı səsləndirmək nə vaxtdan cinayət sayılır? Məncə, kimlərsə polis tərəfindən aparılıbsa belə, yəqin ki, müəyyən profilaktik söhbətdən sonra sərbəst buraxılıb”.

A.Zeynalov

www.yenicag.az

2582