Yeni Çağ.az Türkiyə mətbuatına istinadən bildirir ki, Trabzonda inşaatı davam edən stadionda bədbəxt hadisə baş verib.
Belə ki, inşaat zamanı dəmir kütləsi 33 yaşlı işçi Cəlal Sahilin üzərinə düşüb.
Təxminən 2 ton ağırlığına dəmirlərin altında qalan işçi ağır yaralanıb. Dərhal xəstəxanaya çatdırılan Cəlal Sahilin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma davam edir.