Stadionlarda maraqlı yenilik

24632Bundesliqa klubları qolun müəyyn olunması üçün müasir texnologiyalardan istifadə etməyə qərar veriblər.

Dekabrın 4-də qəbul olunmuş qərara görə, İngiltrərə Premyer liqasında istifadə olunan Hawk-Eye (Şahin Gözü) sistemi Almaniyada bundesliqanın oyunları keçirilən hər bir stadionda quraşdırılacaq. Bu sistem hər stadiona 150 min avroya başa gələcək.

Qeyd edək ki, bundan əvvəl oxşar sistem məhz bahalığına görə rədd olunmuşdu.

Bir çoxları yeni sistemi Almaniya futbolu üçün tərəqqi hesab edir, ancaq “Eintracht” klubunun prezidenti Bruchagen deyib ki, bu system 10 il əvvəl Frankfurtda qurulsaydı, indiyə kimi ondan istifadəyə bir dəfə də olsun ehtiyac olmaycaqdı.

Lakin Bruchagenin dediklərini keçən ilin kubok finalında “Borussia Dortmund”- “Bavaria Munchen” oyununa aid etmək olmaz. Bu zaman Mats Hammelsin vurduğu qol hakimin səhvi ucbatından sayılmamışdı. (anspress.com)