Keçmiş SSRİ lideri İosif Stalinin ölümündən sonra üzünün qəlibindən hazırlanan bürünc maskalardan biri İngiltərədə hərraca çıxarılıb.
Yenicag.az xəbər verir ki, “ölüm maskası” adı verilən maska və yanındakı iki əl fiquru gözləniləndən xeyli baha qiymətə – 17200 dollara satılıb.
Maskanı alan kolleksiyaçının hərraca xarici ölkədən telefon vasitəsilə qoşulduğu bildirilir.
Qeyd edək ki, Stalinin belə bir maskası 2012-ci ildə 4500 dollara satılmışdı.