!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stalinin qorxusu

!Reklam – Yazi

0a12b3e219Sovet lideri İosif Stalinin təyyarəyə minməkdən qorxduğu ortaya çıxıb.

Istinadən xəbər verir ki, Stalin 1931-ci ildə yeni Sovet təyyarələrini araşdırarkən TB-3 tipli hərbi təyyarəyə minmək istəyib, lakin Sovet Hərbi Hava qüvvələrinin rəsmiləri onun təyyarəyə minməsini əngəlləyib.

Bu hadisədən bir ay sonra yerə çırpılan ANT-9 tipli təyyarədə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Vladimir Triandafillovun da aralarında olduğu bir neçə yüksək çinli komandir həlak olub.

Bu qəza hadisəsi Kremldə Siyasi Büroda müzakirə edilib və yüksək vəzifəli dövlət rəsmilərinin təyyarəyə minməsi qadağan olunub, ancaq 2 ay sonra Moskvada yerə düşən bir başqa təyyarədə Sovet Hərbi Hava qüvvələrinin komandiri Pyotr Baranov həyatını itirib.

1935-ci ildə yeni “Maksim Qorki” təyyarəsinə Stalin və Siyasi Büronun daha 2 rəsmisinin minəcəyi gözlənilərkən birdən qərardan vaz keçilib.

Həmin təyyarə 700 metr yüksəklikdən yerə düşüb. İddialara görə, bütün bu qəzalar Stalinin təyyarə minmək arzusunu puç edib.

Sovet liderinin həyatında yalnız bir dəfə 1943-ci ildə Tehran Konfransına gedərkən təyyarəyə mindiyi deyilir. Azərbaycanın paytaxtı Bakıya qədər zirehli qatarla gələn Stalinin oradan Li-2 tipli təyyarəyə mindiyi və təyyarənin diqqətlə texniki nəzarətdən keçirildiyi bildirilir.

Stalin 1945-ci ildə Yalta və Podstam konfranslarına avtomobil və qatarla gedib. Həmin səfərlər zamanı Stalinin qorunması üçün minlərlə Sovet əsgəri və agentlər marşrut kənarında keşik çəkib.(qafqazinfo)

www.yenicag.az

749
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv