“Starbucks”da silahlı insident: ölən var

Çikaqoda yerləşən “Starbuks” kafesində silahlı insident baş verib.

Yenicag.az xəbər verir ki, maskalı naməlum şəxs əlində silahla kafeyə daxil olub. O, içəridə olan 28 yaşlı kişiyə atəş açıb. 12 yaşlı uşaq da olmaqla daha iki nəfər yaralanıb. Güllələnən kişi hadisə yerində ölüb.

Hadisəni törədən şəxs qaçıb.