Amerikanın Alfaretta şəhərində (Corciya ştatı) yerləşən “Starbucks” kafesində ayaqyoluna gizli kamera yerləşdirildiyi üzə çıxıb.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, onu kafenin xanım müştərilərindən biri tapıb.
Qurğunu izolentlə sarıyıb siyirməli masanın altında gizlədiblər. Qadın kameranı qoparıb, bu haqda kafenin menecerinə danışıb və sonra polisə zəng edib.
Polisin araşdırması nəticəsində məlum olub ki, kameranın yaddaş kartında son bir neçə saat ərzində kafenin tualetinə baş çəkən təxminən 8-10 müştərinin görüntüləri var. Onların arasında həm kişilər, həm də qadınlar olub.
Hazırda yerli polis həmin kameranı oraya yerləşdirən şəxs və ya şəxsləri axtarır. Bunun üçün kamera ekspertizaya göndərilib.