Böyük Britaniya Baş naziri Kir Stramer ABŞ prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenskini barışdırmaq üçün fəal və inanılmaz diplomatik bir fəaliyyət göstərib.
Yenicag.az xəbər verir ki, bu barədə “The Telegraph” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Tramp bir neçə gün öncə Starmerə telefon zəngi zamanı Ukraynaya yardımı dayandırdıqlarını və Zelenskidən hörmətli münasibət gözlədiyini qeyd edib.
KİV-in məlumatına görə, bundan sonra Starmer əvvəlcə Londonda Avropa liderlərini bir araya gətirdi, daha sonra isə o, Zelenskini “Downing Street”də qəbul etdi:
“Bundan sonra Starmer yenidən Tramp və Zelenski ilə danışıb. Starmer digər Avropa liderlərindən fərqli olaraq, Tramp və Zelenski arasında qalmaqala reaksiya vermədi və ABŞ ilə dialoqu qorudu”.
Nəşrin analitiklərinin fikrincə, Böyük Britaniya lideri ABŞ və Avropa arasında körpü rolunu oynamağa çalışıb.
“O Zelenskiyə bildirib ki, Ukrayna prezidenti Trampdan ya üzr istəməli, ya da ritorikasını yumşaltmalıdır. Eyni zamanda, Böyük Britaniya lideri Ukrayna tərəfini mineral ehtiyatlarla bağlı anlaşmada razılığa gəlməyin yollarını axtarmağa çağırıb. Məhz Starmerin səyləri ilə Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltz və dövlət katibi Mark Rubio Ukrayna tərəfi ilə təmasları bərpa etdi. Eyni zamanda, dünən Zelenski Tramp administrasiyasına qarşı ritorikanı yumşaltdı”, – deyə qəzetin məqaləsində qeyd olunub.
Rafi Müslümov