Stavropolda qəzada ölən azərbaycanlıların adları açıqlandı – VİDEO/YENİLƏNDİ

09:45

Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.

Yenicag.az-ın məlumatına görə, Azərbaycandan Moskvaya sərnişin daşıyan “Mercedes” markalı miniven qarşı yola çıxan “ZİL” markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.

***

Bakıdan Moskva istiqamətində hərəkətdə olan mikroavtobusun Stavropolda qəzaya uğraması nəticəsində ölən Azərbaycan vətəndaşlarının adları açıqlanıb.

Həmin şəxslər aşağıdakılardır:

– 1975-ci il təvəllüdlü Həsənov Rəsul Ənvər oğlu

– 1983-cü il təvəllüdlü İsmayılov Şəmsi Tanrıverdi oğlu

– 1962-ci il təvəllüdlü Əhmədov Namiq Tohid oğlu

– 1969-cu il təvəllüdlü Abdullayev Ələmdar Niftalı oğlu

– 1984-cü il təvəllüdlü Quliyev Vüsal Alı oğlu

– 1988-ci il təvəllüdlü Şirinov Xəyal Hamlet oğlu

Bildirilir ki, sərnişinlərdən 4-ü hadisə yerində, digər 2-si isə xəstəxanaya çatdırılarkən yolda ölüb. İlkin olaraq hadisəyə səbəb kimi ZİL markalı yük avtomobilinin sürücüsünün sükan arxasında yuxuya getməsi qeyd olunur./ONA/