!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ştaynmayer Almaniya prezidenti seçildi

!Reklam – Yazi

Almaniya Federativ Respublikasının sabiq xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün keçirilən səsvermədə ölkəsinin yeni prezidenti seçilib.

Almaniyada müstəsna olaraq prezident seçmək məqsədilə çağırılan Federal Məclisin 1239 üzvündən 931-i Frank-Valter Ştaynmayerin namizədliyini dəstəkləyib. İlk turda seçilmək üçün sabiq xarici işlər nazirinə 631 səs lazım idi.

Qeyd edək ki, Ştaynmayer 2005-2009-cu illər və 2013-2017-ci illərdə Almaniyanın XİN rəhbəri olub.

Yeniçağ.az

www.yenicag.az

514
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv