Ştaynmayer: “Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in rolu həmişəkindən daha vacibdir”

stan

ATƏT xarici işlər nazirlərinin Potsdamda keçiriləcək görüşündə gündəlikdə duran bütün aktual məsələlər müzakirə olunacaq.

APA-nın Almaniya XİN-in məlumatına istinadən yaydığı xəbərə görə, bunu nazir, ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer deyib. O bildirib ki, hazırda münaqişələrlə dolu dünyada, o cümlədən Ukrayna, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər münaqişələrin həll olunmasında ATƏT-in rolu həmişəkindən daha vacibdir. O qeyd edib ki, Potsdam görüşündə bütün vacib məsələlər, o cümlədən terror və qaçqın məsələlərinin müzakirəsi planlaşdırılır.

Xatırladaq ki, sabah Almaniyanın Potsdam şəhərində bu ölkənin xarici işlər naziri Frank Volter Ştaynmayerin təşkilatçılığı ilə ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü keçiriləcək.

Yenicag.az