Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Ştaynmayer və Zelenskidən İlham Əliyevə məktub

Reklam: Sinerji Pro

Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu göndərib.

Yenicag.az məktubun mətnini təqdim edir:

“Cənab Prezident.

Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına həm öz adımdan, həm də həmvətənlərim adından ən xoş arzularımı bildirirəm.

Azərbaycan və Almaniya 27 illik dinamik və etibarlı diplomatik əlaqələrə malikdirlər. Bu il biz Bakıdakı Alman Dili Tədris Mərkəzinin 10 illik yubileyini qeyd edirik. Mən çox şadam ki, alman dilinin tədrisinə və alman mədəniyyətinə Azərbaycanda belə yüksək münasibət bəslənilir. 2018-ci ildə açılmış Höte Mərkəzi mədəniyyət sahəsində əməkdaşlığımızı daha da gücləndirdi. Almaniya, həmçinin siyasi dialoqu da davam etdirməyə daim hazırdır.

Mən Sizə xoş diləklərimi çatdırır və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah arzulayıram”.

***

Ukrayna Prezidenti Vladimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Respublika Günü münasibəti ilə səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafın dayanıqlı templərini nümayiş etdirir, bu da şübhəsiz ki, ölkənin dünya arenasında nüfuzunun möhkəmlənməsinə təsir edir.

Əminəm ki, Ukrayna və Azərbaycan arasında mövcud əməkdaşlıq gələcəkdə də strateji tərəfdaşlıq ruhunda və dövlətlərimizin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı surətdə dəstəklənməsi əsasında inkişaf edəcək.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və tərəqqi arzulayıram”.

***

Banqladeş Xalq Respublikasının Prezidenti Md. Əbdül Həmid Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Məktubda deyilir:

Zati-aliləri.

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə ən xoş arzularımı və səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq duyuram.

Banqladeş ilə Azərbaycan arasında dostluq münasibətləri mövcuddur. Əminəm ki, münasibətlərimiz xalqlarımızın istəklərinə uyğun olaraq bundan sonra da inkişaf edəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uzun ömür, dost Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah diləyirəm.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

www.yenicag.az

1434