!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Stilist tanınmışların geyimi haqda: “Onun kimi zövqsüzünü…” – Video

!Reklam – Yazi

61252_0wjgpbxelvStilist Anar Ağakişiyev “10-dan sonra” verilişinin qonağı olub.

Stilist sənət aləminin zövqlü və zövqsüz ifaçılarından danışıb.

“Hamını tərifləmək zamanı gedib. İndi ən gözəli düzünü söyləməkdir” deyən, A.Ağakişiyev tanınmışların stilini belə şərh edib:

Xalq artisti Aygün Kazımova:

“Aygün xanımı bu yaxınlarda İstanbulda gödüm. Çox arıqlayıb, həmişəki normal çəkisindən də aşağıdır. Göy saçlarını görəndə təəccübləndim. Amma super yenilikdir. 10-15 il əvvəl də bu rəng saçı olmuşdu. Seks simvoldur”.

Müğənni-bəstəkar Rəhim Rəhimli:

“Özünə görə stili var. Dəblə stili qarışdırmaq lazım deyil. Kleopatranın, Merilin Monronun stili qalıcıdır. Rəhim də Tarkan, Castin Biber stilini qarışdırıb. Bir çox sənətdə olan bəylərimizdən seçilir”.

Müğənni Aysel Əlizadə:

“Bircə köynəyi yaxşıdır. Amma şalvarı qara olsaydı daha uyğun gələrdi. Ayaqqabısı da libasına uyğun deyil. Sadə ayaqqabı yaxşı gedərdi. Saç və makiyajı da pis deyil. Bu köynəklə beldən və boş ətək geyinə bilərdi”.

Müğənni Fədayə Laçın:

“Pələng tonlu libas geyinib və onu qırmızı ilə uyğunlaşdırıb. Çox qəşəng uyğunluqdur. Özü də həmişə qeyd edir ki, dəblə ayaqlaşmır. Libasında qeyri-adi addım atmır. Onun “Mənə nə rahatdı onu geyinirəm” fikri ilə razılaşmıram. Adi musiqiçi də efirdə fərqlənməlidir”.

Müğənni Roza Zərgərli:

“Mənim kiminsə adını çəkib reklam olmağa ehtiyacım yoxdur. 15 ildir işləyirəm, belə zövqsüz görməmişdim. Neçə ildir sənətdədir, amma dəyişmir, çox zövqsüzdür. Hətta onu “zövqsüzlər ikonası” adlandırıram. Düşünə bilər ki, münasibətimiz olmadığı üçün belə demişəm. Xeyir, mən 2015-ci ilin yanvarında onla yaxşı münasibətdə olanda üzünə demişdim. Onun üzündəki cizgilərə qara parik heç getmir. Efirə çıxan örnək olmalıdır. Qara parikdə olan fotoları sosial şəbəkələrdə də tənqid edilirdi”(Axşam).

www.yenicag.az

601
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv