Stokholmda erməni işğalçılığına etiraz aksiyası keçirildi

Bu gün İsveç Krallığının paytaxtı Stokholmda Azərbaycanın Tovuz rayonu istiqamətindəki dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin hərbi təxribat törətməsi və təcavüzkar ölkənin Azərbaycana qarşı işğalçı siyasəti ilə bağlı etiraz aksiyası keçirilib.

Yenicag.az Oxu.Az-a istinadən xəbər verir ki, aksiya dövlət himnimizin ifası ilə başlayıb.

Aksiyada azərbaycanlılar və ölkəmizə dost münasibəti bəsləyən yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.