!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stokholmda Qafqaz bölgəsinə həsr olunmuş seminar keçirilib

!Reklam – Yazi

unnamed-3İsveçdə fəaliyyət göstərən “Swazco” – İsveç-Azərbaycan Şurası Stokholmda “Qafqaz – geosiyasi dolaşıqlıq” adlı seminar keçirib. Tədbirin məqsədiQafqaz bölgəsində mövcud olan müxtəlif etnik qruplar, dillər və siyasi münaqişələr barədə yerli ictimaiyyəti məlumatlandırmaqdır.

Tədbiri giriş sözü ilə açan İsveç-Azərbaycan Şurasının sədri Dəniz Lətifi rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən söz açaraq bildirib ki, “Swazco”nun məqsədi İsveçlə Azərbaycan cəmiyyətləri arasında əlaqələrigücləndirmək və İsveç vətəndaşlarının ölkəmiz haqqında biliklərini artırmaqdır.
Daha sonra Stokholmda fəaliyyət göstərən Baltik və Şərqi Avropa Araşdırmalar Mərkəzinin professoru Thomas

Lunden çıxış edərək Qafqaz regionun tarixi inkişaf yolu, etno-coğrafi, din və dil fərqlilikləri barədə ətraflı məlumat verib.

Stokholm Universitetinin siyasi elmlər üzrə doktoru Fərəc Quliyev isə öz çıxışında Qafqaz regionundakı münaqişələrdən bəhs edib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında danışan Fərəc Quliyev, azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti və bunun nəticəsində bir milyondan artıq etnik azərbaycanlının doğma torpağından qaçqın salındığını bildirib. Yaranmışvəziyyətin bütün bölgənin inkişafına mənfi təsir etdiyini qeyd edən Fərəc Quliyevin sözlərinə görə, bu siyasətin nəticəsində, Ermənistanregionda aparılan iri iqtisadi və nəqliyyat layihələrindən kənarda qalıb.Azərbaycanın regionun bütün ölkələri ilə dostluq və tərəfdaşlığa əsaslanan münasibətlərinin, yüksək siyasi, iqtisadi, strateji əlaqələrinin olduğunu diqqətə çatdırıb.

Çıxışlardan sonra seminar müzakirələrlə davam edib. Tədbirin sonunda “Swazco” təşkilatının rəsmi internet səhifəsinin təqdimatı olub. Seminarda, İsveç ictimaiyyətinin nümayəndələri, habelə, Azərbaycan və türk diaspor fəalları iştirak edib.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv