NATO-nun baş katibi Yens Stoltenberq, Əbu Bəkr Əl-Bağdadiyə qarşı əməliyyatın terrorla mübarizədə vacib bir addım olduğunu, NATO-nun İŞİD ilə mübarizəni davam etdirəcəyini söyləyib.
Yenicag.az xəbər verir ki, Yens Stoltenberq öz Twitter səhifəsində bunları paylaşıb: “ABŞ-ın Əbu Bəkr Əl-Bağdadiyə qarşı həyata keçirdiyi əməliyyata dair hesabatı beynəlxalq terrorizmə qarşı mübarizəmizdə vacib bir addımdır. NATO ümumi düşmənimiz olan İŞİD-ə qarşı mübarizədə sadiq qalır” deyə Stoltenberg bildirib.
Qeyd edək ki, bundan əvvəl İŞİD terror təşkilatının rəhbəri Əbubəkr əl-Bağdadi ABŞ hərbçilərinin Suriyanın İdlib əyalətində keçirdiyi əməliyyat zamanı öldürülüb./Trend/