Stoltenberq Azərbaycan və Ermənistanı danışıqlar masasına qayıtmağa çağırdı

NATO-nun baş katibi Yens Stoltenberq Ermənistan və Azərbaycanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqları bərpa etməyə çağırıb.

Yeniçağ.Az-ın məlumatına görə, o, bu barədə bazar ertəsi, fevralın 27-də, Brüsseldə Ermənistan prezidenti Serj Sarkisyanla görüşdən sonra bəyan edib.

“Əsas məsələ eskalasiyadan uzaq olmaqdır. Münaqişənin hərbi həll yolu yoxdur. Biz Ermənistan və Azərbaycanı danışıqlar masasına qayıtmağa çağırırıq”, – Stoltenberq deyib.

Onun sözlərinə görə, NATO ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini dəstəkləyir.

Yeniçağ.Az