Gürcüstan NATO-nun üzvü olacaq.
Yenicag.az bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq məlumat verib. Sammitdə təsdiq edilən bu məsələnin hazırlığını təşkilat davam edəcək.
“Biz Gürcüstanın avroatlantik inteqrasiyasını tamamilə dəstəkləyirik, Gürcüstan NATO-nun üzvü olacaq, bizim liderlərimiz dünən sammitdə bunu təsdiq etdilər. Biz üzvlüyün tezləşməsi üçün Gürcüstanla işləməyə davam edəcəyik”, – deyə Stoltenberq bildirib.
Qeyd edək ki, Stoltenberq bir daha NATO-nun Abxaziya və Cənubi Osetiya da daxil olmaqla Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.
Zaur H.