NATO-nun baş katibi Yens Stoltenberq Rusiya nümayəndələrinin iştirakı ilə Brüsseldə keçiriləcək toplantı zamanı Moskvaya Alyansın “soyuq müharibə”yə qayıtmaq niyyətində olmadığına dair mesaj verəcəyini bildirib.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.
“Dekabrın 19-na planlaşdırılan iclasa mesajımız belədir: NATO gərginlik istəmir, Alyans “soyuq müharibə” arzusunda deyil”, – deyə o bildirib.
Qeyd edək ki, dekabrın 19-da Brüsseldə səfirlər səviyyəsində Rusiya-NATO Şurasının iclasının keçirilməsi planlaşdırılıb.
Yenicag.az