Stoltenberq: “NATO sistemlərinə kiberhücumların sayı 60% artıb”

2016-cı ildə NATO-nun kompüter sistemlərinə kiberhücumların sayı 60% artıb.

Yeniçağ.Az “APA”ya istinadən xəbər verir ki, bunu “Die Welt” qəzetinə müsahibəsində Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bəyan edib.

“2016-cı ildə tərəfimizdən hər ay ərzində 500-dək kiberhücum dəf edilib. Müdaxilələrin əksəriyyəti fərdi şəxslər deyil, xarici dövlət orqanları tərəfindən həyata keçirilib”, deyə Y.Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, kibertəhlükəsizlik NATO-nun növbəti sammitinin əsas mövzularından birini təşkil edəcək: “Çünki kiberhücumlar Alyansın müdafiə qabiliyyətini sarsıda, silahlı qüvvələrimizə isə ziyan vura bilər”.

Yeniçağ.Az

COP29