Stoltenberqdən Ərdoğanın istəyinə CAVAB

“NATO Türkiyənin Avropa İttifaqına üzv olmaq istəyini dəstəkləyir, lakin bu niyyət İsveçin alyansa qoşulmasına mane olmamalıdır”.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

O, Ankaranın istəklərini dəstəklədiyini, lakin 2022-ci ildə Madriddə Türkiyə ilə NATO arasında imzalanan razılaşmanı, İsveçin alyansa qoşulması üçün yerinə yetirməli olduğu şərtlərin konkret siyahısını xatırlamaq lazım olduğunu vurğulayıb.

Stoltenberq qeyd edib ki, İsveç bu şərtləri yerinə yetirib.

Şimali Atlantika Alyansının baş katibi əlavə edib: “Biz İsveçin mümkün qədər tez NATO üzvü olması üçün intensiv çalışacağıq. Bu, Baltikyanı ölkələrin təhlükəsizliyinin təmin edilməsi üçün çox vacibdir”.

COP29