NATO-nun Baş katibi Yens Stoltenberq taxıl müqaviləsindəki roluna görə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Yenicag.az “Anadolu Ajansı”na istinadən bildirir ki, Yens Stoltenberq İstanbulda Ərdoğanla 2,5 saatlıq görüşdən sonra açıqlama verib.
Ərdoğanın qonaq olmasından məmnun olduğunu ifadə edən Stoltenberq, sosial şəbəkə hesabında Ukrayna taxıl dəhlizi sazişinin davam etdirilməsində oynadığı rola görə Türkiyə Prezidentinə təşəkkürünü ifadə edib.
Stoltenberq bildirib ki, Prezident Ərdoğanın taxıl böhranına qarışması nəticəsində Türkiyə dünya ərzaq böhranının qarşısını aldı:
“Əgər bu ixrac baş tutmasa, milyonlarla insan əziyyət çəkəcək. Milyonların qidalanması bundan asılıdır. Həftə sonu bu problemi həll etmək və taxıl müqaviləsinə qayıtmaq çox vacib idi. Bir daha Ərdoğana minnətdarlığımı bildirmək istəyirəm. O, Türkiyənin oynadığı kritik rolu bir daha ortaya qoydu. Həmçinin Türkiyə əsir mübadiləsində mühüm rol oynayır. Problemin real həlli təbii ki, müharibənin bitməsi ilə mümkündür. Qiymətlərin artması müharibənin nəticəsidir”.
Gülşən