Stoltenberqdən Rusiyaya: “NATO hərbi qarşıdurmaya hazırdır”

NATO-nun Baş katibi Yens Stoltenberq Rusiya ilə Ukrayna arasındakı gərginlik barədə danışıb.

Yenicag.az xəbər verir ki, Stoltenberq Rusiyaya xəbərdarlıq edərək Ukraynaya hərbi müdaxilənin siyasi və iqtisadi embarqolara səbəb olacağını bildirib.

Müzakirə masasına oturmaq üçün yazılı müraciət etdiklərini bildirən Stoltenberq, “NATO həm siyasi, həm də hərbi qarşıdurmaya hazırdır”, – deyə qeyd edib.