Niderlandın baş naziri Mark Rutte NATO-nun növbəti baş katibi ola bilər.
Yenicag.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Alexander Stubb açıqlayıb.
O, baş nazirin tezliklə vəzifəsini tərk edəcəyini bildirib.
Aprel ayında alyansın 32 ölkəsindən 28-nin Ruttenin namizədliyini dəstəklədiyi bildirilmişdi. Lakin təyinat yalnız alyansın bütün dövlətlərinin yekdilliklə təsdiqlənməsi ilə mümkün olacaq.
NATO-nun hazırkı rəhbəri Stoltenberqin səlahiyyət müddəti oktyabrda başa çatır. O, 2014-cü ildən hərbi-siyasi alyansa rəhbərlik edir./unikal