Azərbaycanın stolüstü tennisçiləri Qətərin paytaxtı Dohada daha bir mükafat qazanıblar.
Yenicag.az xəbər verir ki, “WTT Youth Star Contender Doha 2025” yarışında yığma üzvləri – Mərziyyə Nurmətova ilə Aylin Əsgərova cütlüklərin yarışında fəxri kürsünün üçüncü pilləsində yer alıblar.
Qeyd edək ki, daha əvvəl Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa cütlüklərin mubarizəsində eyni nəticəyə imza atmışdılar.