Stolüstü tennisçimiz bürünc medal qazandı

Stolüstü tennisçimiz Mərziyyə Nurmətova Misirin paytaxtı Qahirədə keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medal qazanıb.

Yenicag.az xəbər verir ki, milli komandanın məşqçisi Elnur Hidayətzadənin rəhbərliyi ilə yarışda iştirak edən tennisçi qarışıq qoşa turnirdə birgə mübarizə apardığı yəmənli Ebrahim Qurbanla fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli sabah şəxsi yarışlarda bacarığını göstərəcəklər.

Beynəlxalq turnirə oktyabrın 29-da yekun vurulacaq.