Bu gün Fransanın Strasburq şəhərində matəm elan ediləcək.
Yenicag.az-ın məlumatına görə, bu barədə Strasburqun meri Rolan Ris bildirib.
“Şəhərdə matəm olacaq. Biz milad yarmarkalarını bağlayacağıq, teatrlar və konsertləri təxirə salacağıq”, – Ris deyib.
Xatırladaq ki, ötən gün Fransanın Strasburq şəhərində silahlı şəxs insanlara atəş açmağa başlayıb. İnsident nəticəsində 4 nəfər həlak olub, 12 nəfər isə yaralanıb.
Fransa hakimiyyəti baş verən atışmanı terror aktı kimi dəyətləndirir.