Strasburqda silahlı hücum: 4 nəfər öldü, 12 nəfər yaralandı

Fransanın Strasburq şəhərinin mərkəzində atışma baş verib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki,  atışma nəticəsində 4 nəfər ölüb, 12 nəfər yaralanıb.

Silahlı şəxs hadisə yerində qaçıb. Hazırda onun axtarışları davam edir.

Rəsmilər insidentlə əlaqədar sakinlərə evlərini tərk etməməyi məsləhət görüb.

Cinayətin təfərrüatları araşdırılır.