Fransanın Strasburq şəhərində baş verən silahlı hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, xəsarət alanların daha biri dünyasını dəyişib.
Daha əvvəl hadisə nəticəsində 10 nəfərdən artıq yaralanan olduğu, 3 nəfərin dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, dekabrın 11-də axşam Strasburqda 29 yaşlı Şərif Şekat ətrafda olan insanlara atəş açıb.