!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Strateji Yol Xəritəsinin icrası yoxsulluğu aradan qaldıracaq – Ekspert

!Reklam – Yazi

“Dünya iqtisadiyyatında baş verən neqativ proseslər, neftin ucuzlaşması nəticəsində ixracın azalması həm Azərbaycan iqtisadiyyatına, həm də yoxsulluq səviyyəsinə öz təsirini göstərib. Nəticədə 2016-cı ildə yoxsulluq səviyyəsində cüzi artım olsa da, vaxtında görülən qabaqlayıcı tədbirlər nəticə verib”.

Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ramil Hüseyn bildirib.

Ramil Hüseyn deyib ki, xüsusən də buğdanın idxalına və satışına, buğda ununun və çörəyin istehsalına və satışına ƏDV-nin tətbiqinin dayandırılması, dərman vasitələri bazarının tənzimlənməsi ilə qiymət artımının qarşısının alınması, elektrik enerjisinin vətəbii qazın ölkədaxili tariflərinin həssas təbəqənin maraqlarına uyğun olaraq yenidən tənzimlənməsi və bu kimi digər tədbirlər yoxsulluğun qarşısının alınmasında müstəsna rol oynayıb. Hazırda qonşu dövlətlərlə müqayisədə ən aşağı yoxsulluq göstəricisi Azərbaycandadır.

R.Hüseyn qeyd edib ki, Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” əsasən ölkədə əhalinin bütün təbəqələrinin etibarlı ərzaq təminatına nail olunması mexanizmlərini formalaşdırılacaq. Bu isə yoxsulluğun azaldılmasına xidmət edəcək:

“Ümumiyyətlə, Strateji yol xəritələrinin icrası nəticəsində 2025-ci ildən sonrakı dövrdə yoxsulluq ünvanlı şəkildə tam aradan qaldırılacaq, keyfiyyətli səhiyyə xidmətlərinə və təhsilə çıxış imkanları genişləndiriləcək”.

Ekspertin fikrincə, 2025-ci ildən sonrakı dövrdə yoxsulluq probleminin həllinə iki yanaşma olacaq:

Layiqli iş yerlərinin sayının artırılması;

Əməkhaqqı və digər gəlirləri ilə ən zəruri ehtiyaclarını ödəyəbilməyən insanlara ünvanlı sosial dəstək.

“Minimum əmək haqqı məbləğində tədrici artım işləyən yoxsul insanların xüsusi çəkisini minimuma endirəcəkdir. Xüsusən də minimum əməkhaqqı orta əmək haqqı səviyyəsinin 60 faizinə yaxınlaşacaq”,-deyə R.Hüseyn qeyd edib.

Onu da xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədəki yoxsulluq səviyyəsi 2001-ci ildəki 49 faizdən 2015-ci ildə 4.9 faizə enib. Yoxsulluq səviyyəsində yaşayan əhalinin xüsusi çəkisi 10 il ərzində 10 dəfə azalıb. Dünya ölkələrinin 2015-ci il üzrə aidiyyəti statistik göstəricilərinin təhlili Azərbaycanın ən aşağı yoxsulluq göstəricisinə malik az sayda ölkələr sırasında olduğunu deməyə əsas verir. Bu göstərici Macarıstanda 14,5 %, Portuqaliyada 19,5%, Rumıniyada 25,4%, Latviyada 22,5%, Litvada 22,2%, Yunanıstanda 21,4% səviyyəsindədir.

Dövlət Statistika Komitəsinin 2017-ci il yanvarın 1-nə qədər olan məlumatına görə, Azərbaycanda yoxsulluq səviyyəsi 5.9% təşkil edib.

Yeniçağ.az

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv