!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Strep A” dəhşəti – Ölən uşaqların sayı 8-ə çatdı - Əlamətləri AÇIQLANDI

!Reklam – Yazi

İngiltərədə 8 uşaq “Strep A” adlı bakterial infeksiyasından dünyasını dəyişib.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, Böyük Britaniyanın Sağlamlıq Təhlükəsizliyi Agentliyi (UKHSA) sentyabr ayından bu yana ölkədə 5-i 10 yaşdan kiçik olmaqla 8 uşağın Strep A infeksiyası səbəbindən öldüyünü təsdiqləyib.

Belə ki, “Strep A”dan daha bir məktəblinin vəfatı ilə son üç ayda xəstəliyin səbəb olduğu uşaq ölümlərinin ümumi sayı 8-ə yüksəlib.

Səhiyyə rəsmiləri ailələrə ehtiyatlı olmaları ilə bağlı xəbərdarlıq edib, həkimlərə ən kiçik şübhə zamanı antibiotik müalicəsinə başlamaq tapşırılıb.

Xəstəliyin ilk qurbanlarından olan yeddi yaşlı Hannanın ailəsi iddia edir ki, əgər qızlarına vaxtında antibiotik verilsəydi, onlar belə faciəvi nəticə ilə üzləşməzdilər.

“Strep A” bəzi insanlarda heç bir əlamət yaratmasa da, daha çox səpgi, boğaz ağrısı, əzələ ağrıları, yüksək hərarət, yorğunluq, qulaq infeksiyaları və dəri yaraları kimi əlamətlərlə özünü göstərir. Mütəxəssislər bu simptomların orta hesabla bir həftə davam etdiyini bildirirlər.

İnsanlar bu bakteriyaya yaxın təmas, öskürək və asqırma yolu ilə yoluxa bilərlər.

Qeyd edilib ki, bu günə qədər Şotlandiyada “Strep A” 8 ağır yoluxma halı olub, lakin bununla bağlı ölüm baş verməyib.

www.yenicag.az

1040
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv