Stressdən necə qurtulmaq olar?

İnsanlar hər gün ailədə, işdə yaranan problemlərdən və ya müxtəlif səbəblərdən stress yasaşır. Stress isə sağlamlığızln birinci düşmənidir. 
Yenicag.az streslə mübarizə üçün hər bir insanın edə biləcəyi vərdişləri təqdim edir:
Müsli yeyin. Araşdırmalara görə yatmaqdan bir saat əvvəl müsli yemək stresə qarşı yaxşı təsir göstərir.
Dərmanların əks təsirlərinə diqqət yetirin. Əgər hər hansı bir dərmanı davamlı olaraq qəbul edirsizsə bəzən onun əks təsirləri əhvalınızın pis olmasına səbəb olur.
Makiyaj edin. Bəzən makiyaj etmək əhval-ruhiyyəyə yaxşı təsir edir.
Lavanda iyləyin. Lavanda yağını yastığınıza damcılatsaz rahat yuxuya gedib səhəri də gümrah oyanarsız.
Ev heyvanları ilə oynayın.
Qeyd edin. Planladığınız işləri qeyd edin və həyata keçirtməyə çalışın. Bununla bir müddətlik olsa da stressdən uzaqlaşmış olacaqsınız.
Stress günlüyü tutun. Sizə stressə salan hadisələri qeyd edin. Hadisələr və ya insanlar qarşısında ne etmək istədiyinizi yazın, bu ən azından sizi rahatladacaq.
Yatmağa çalışın. Yuxuya gedəndə stress hormonları azalmağa başlayır. Xüsusilə yuxuya getdikdən bir neçə saat sonra bu hormonlat tamamilə yox olur.
Tətilə çıxın. Stressli hallarda qısa müddətlik olsa da həyat yoldaşınızla, dostlarınızla tətilə çıxmanız sizi rahatladacaq.
Tıxaclardan uzaq durun. Tıxacda qalmaq stressi artıran səbəblərdən biridir. Bir yerə gedərkən tıxacsız yollar seçin. Mümkünsə yeriyərək gedin./medicine.az/