Stress insan orqanizmində yaranan narahatlıq və ya gərginlikdir.
Yenicag.az xəbər verir ki, stresslə mübarizə aparmağın ən asan yollarından biri bitki tərkibli çaydan istifadə etməkdir.
Belə ki, 50 qr. çobanyastığı çiçəyi, 50 qr. melisa, 30 qr biyan kökü və 20 qr yaşıl çayı qarışdırıb quru şüşə qabda saxlayın. 300 ml qaynar suya 1.5 ç.q əlavə edərək 8 dəqiqə ağzı qapalı olaraq dəmləyin. Hər gecə yatmazdan 2-3 saat əvvəl qəbul edin.