!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Stressi soyuqdəymədən necə ayırmaq olar

!Reklam – Yazi

Stress və mənfi emosiyalar soyuqdəymədən şəkərli diabetə qədər müxtəlif xəstəliklərin əlamətlərini yarada bilər.

Yenicag.az xəbər verir ki, bu barədə “Sputnik” radiosuna müsahibəsində Rusiyanın tanınmış psixoloqu İrina Xvinqiya bildirib.

“Stress simptomları tez-tez soyuqdəymə əlamətlərinə oxşaya bilər. Eyni zamanda stresə səbəb olan qıcıqlandırıcının yalnız bir vəziyyətin səbəb ola bilməyəcəyini anlamalısınız. Buna saat qurşağının dəyişməsi, ətraf mühitdəki hər hansı dəyişiklik ola bilər”, – deyə o qeyd edib.

Mütəxəssis qeyd edib ki, orqanizm buna müxtəlif reaksiya verir, həmçinin müxtəlif xəstəliklərə oxşar simptomlar ortaya çıxa bilər.

“Stres əlamətləri soyuqdəyməyə bənzəyə bilər: tərləmə, sonra quru dəri yaranır. Eyni vəziyyət qrip başlayanda da baş verir. Çox vaxt konyunktivit (gözün selikli qişasının iltihabı-red) üçün xarakterik simptomları müşahidə edə bilərik. Qandakı şəkər şəkərli diabetdə olduğu kimi qəfil kəskin streslə arta bilər. Xroniki stresdə allergik təzahürlərin də olması mümkündür”, – o deyib.

Stresin təzahürlərindən biri də bədənin hərarətinin artması zamanı ortaya çıxan termonevrozdur.

“Bu, bir növ travma nəticəsində termorequlyasiyanın pozulduğu zaman üzvi xəstəlik ola bilər – siqnallar beynin lazımi zonalarının arasından keçmir.

Digər variant xroniki stress fonunda, ən çox depressiya fonunda temperaturun daim yüksəlməsidir. Əgər hərarət termonevroz nəticəsində yüksəlibsə, o, bir qayda olaraq, 37,5 dərəcəni ötmür. Hərarət 38 dərəcədirsə, biz çətin ki, stress haqqında danışa bilərik, ehtimal ki, bu, hansısa iltihabdır”./Report/

www.yenicag.az

746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv