Artıq elm və tibb sübut edib ki, stres, əsəb və xəstəliklər bir –birilə sıx bağlıdır.
İnsanın həyatında nə qədər çox stress vəziyyətləri olursa, onda sistem xəstəlikləri inkişaf edir, mövcud xəstəliklər isə xronikləşir.
Artıq tibbdə stress və əsəb səbəbindən yaranması şübhə doğurmayan xəstəlik və patologiyaların siyahısını təqdim edir:
-Ürək-damar xəstəlikləri – ürək ritmi pozulması, insult, infarkt, ateroskleroz
-Yüksək təzyiq
-Həzm sistemi xəstəlikləri, xoralar, yaralar, qıcıqlanmış bağırsaq sindromu
-Dəri xəstəlikləri – ekzema, psoriaz
-Təşviş-həyəcan pozuntusu, depressiya
-Miqren
-Piylənmə
-Diabet
-Yuxusuzluq
-Cinsi pozğunluq
Stress bu kimi xəstəliklərin səbəb-nəticə faktoru kimi böyük rol oynadığı üçün vaxtında əsəb və stresin ağırlaşmasının qarşısı alınmalı, stresli vəziyyətlərdə nevroloq, psixiatr müayinəsi olunub sakitləşdirici terapiya almaq lazımdır.
Sizdə xroniki stress olmasının əlamətləri:
-Dəyişkən əhval-ruhiyyə, heç bir səbəb olmadan ruh düşgünlüyü
-Qıcıqlanma
-Ağlamaq
-Apatiya
-Tənhalıq hissi
-Həyəcan, qorxu
-Panik atak
-İstahın olmaması
-İçkiyə meyillik
-Səbəbsiz allergik reaksiyalar
-Yuxunun pozulması
-Baş ağrıları
-Sinədə, kürəkdə ağrılar
Bu kimi hallar varsa əsəb, stres keçirdiyiniz insan və vəziyyətləri, hadisələri analiz edib onlardan açıq-aşkar uzaqlaşmalısız. Dərdinizi bölüşün, içinizdə basdırmayın, kömək üçün vaxtında müraciət edin.
İşiniz və olduğunuz mühit sizi yorursa, arzuolunmaz və stres gətirən işlərdən bir müddətlik də olsa uzaqlaşın, imtina edin. Emosiyalarınızı hər xırda məsələdə biruzə verməyin.
Relaks olub, əzələ və bədəni rahatlaşdırıcı metodlar tapın. Vannalar, duş qəbul edin, sakitləşdirici hobbi tapın, musiqiyə qulaq asın, çox gəzin.
Düzgün, sağlam qidalanın. Mineral və vitamin ehtiyatınızı yoxladıb, azdırsa artırın.
Fiziki aktiv olun, idmanla məşğul olun.
Ağır vəziyyətlərdə psixoloq seansına gedin.
Unutmayın ki, sonradan stress səbəbindən yaranmış xəstəlikləri müalicə etmək daha çətindir, nəinki stresi vaxtında nəzarətə almaq./Medicina/