Ştutqart hava limanında bomba həyəcanı

Almaniyanın Ştutqart hava limanında uçuşa hazırlaşan təyyarədə iki şübhəli şəxsin bir-birilə mübahisəsi insanları təşvişə salıb.

Yenicag.Az-ın alman mətbuatına istinadən verdiyi xəbərə görə, mübahisə zamanı sərnişinlərdən biri digərini terrorist olmaqda ittiham edib. Bu sözlər təyyarədəki sərnişinlər arasında böyük narahatlıq doğurub və çox keçmədən təyyarə təxliyyə edilib.

Məlumata əsasən, bomba zərərsizləşdirən təhlükəsizlik işçiləri hadisə yerinə cəlb edilib.

Yenicag.az