!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

STV serialları gülənçilərin ağlını çaşdırıb

!Reklam – Yazi

a05f19ae-7424-44ab-b89c-3db11214503dTerrorçu FETÖ şəbəkəsinin həbsdəki təmsilçiləri normal şüurdan kənar davranış sərgiləyirlər.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hazırda məsuliyyətdən yayınaraq gizlənən FETÖ mənsubu Tarık Toros öz köşə yazısında həbsdə olan bir “Camaat” nümayəndəsinin məktubunu yayımlayıb. Həmin məhbus öz məktubunda Fəthullah Gülənin hər gün həbsxanaya gələrək, onları ziyarət etdiyini yazıb. FETÖ mənsubları daha əvvəl də “peyğəmbərlərin” həbsxanalara baş çəkdiklərini, ora “divarların içindən keçərək girdiklərini” iddia edirdilər.

T.Torosun öz köşə yazısında yer verdiyi o məhbusun məktubu isə tamam başqa aləmdir. Məhbus məktubunun əvvəlində 4 aydır həbsxanada olduğunu, burada işgəncə görməsə də, davamlı yoxlamalardan bezdiyini bildirib. O, daha çox üst-başının axtarılmasının onda narahatlıq yaratdığını yazıb. Saxlanma şəraitinin ağır olduğunu, 10 nəfərlik yerdə 26 nəfər yerləşdirildiyini qeyd edib.

Məktubdakı ən tragikomik məqam məhbusun hər gün “əfəndisi” Gülənlə görüşdüyünü iddia etməsidir: “Bir ayaqyolu var, ancaq həmd olsun, “Rəbbim” elə yardım edir ki, təbii ehtiyacımız yaranmır. Şərtlər nə qədər ağır olsa da, hər gün əfəndimizi görmək nəsib olur, milyardlar versəydik, onu görə bilməzdik”.
Göründüyü kimi, FETÖ şəbəkəsi daxilində aparılan birtərəfli təbliğat sıravi gülənçilərin psixologiyasını sıradan çıxarıb. Bu işdə əlbəttə ki, şəbəkənin əsas təbliğat ruporu olan STV telekanalında yayımlanan mistik serialların da ciddi təsiri olub. Əks halda, normal düşünmək qabiliyyətini itirməyən şəxslər hər gün “peyğəmbər”in onları ziyarətə gəldiyini nə ağlına, nə də dilinə gətirməzdi.

Yeniçağ.Az

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv