“Su-30” təyyarəsi qəzaya düşdü – Ölənlər var

Rusiyanın Kalininqrad vilayətində hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, Kalininqrad vilayətində təlim uçuşu həyata keçirən “Su-30” təyyarəsi boş ərazidə qəzaya düşüb.

Ekipaj üzvlərinin həlak olduğu bildirilir.

Qəzaya texniki nasazlığın səbəb olduğu açıqlanıb.