!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Su anbarında batan şəxsin meyiti tapıldı - Cəlilabadda

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Cəlilabad rayonu, Privolnoye kəndində, Göytəpə su anbarında bir nəfərin batması barədə məlumat daxil olub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib.

1986-cı il təvəllüdlü Əzizov Asif Əvəz oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib, əməliyyat başa çatıb.

www.yenicag.az

1168
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv