Su borusu partladı, evləri su basdı – FOTO

Gəncədə su borusu partlayıb, bir neçə evi su basıb.

Yenicag.az-ın xəbərinə görə, hadisə şəhərin Rüzigar Qasımov küçəsində qeydə alınıb.

Su borusunun partlaması nəticəsində bir neçə evi, yolu su basıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.

Bundan əlavə, yol təsərrüfatına da ziyan dəyib.

Əraziyə “Azərsu” ASC-nin əməkdaşları cəlb edilib, bərpa işlərinə başlanılıb./APA/