Türkiyənin Konya şəhərində təsadüf nəticəsində insan qalıqları aşkarlanıb.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Qarapınar rayonunda binaların söküntüsü zamanı su borusu partlaması nəticəsində insan qalıqları üzə çıxıb.
3 kəllə və çoxlu sümüklərin tapılması ilə əlaqədar hadisə yerinə polislər çağırılıb. Giriş-çıxışlara məhdudiyyət tətbiq edilən ərazidəki qalıqlar toplanaraq ekspertiza üşün laboratoriyaya aparılıb.
Sümüklərin kimlərə aid olması və ölüm səbəblərinin araşdırılmasına başlanılıb.