Su elektrik stansiyasında partlayış: yaralılar var – FOTO

Türkiyənin Ordu şəhərində partlayış baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Ordunun Ümid-1 SES-də partlayış olub. Hadisə nəticəsində 4 nəfər yaralanıb. Hadisənin qaz sıxılmasından baş verdiyi bildirilib.

Yaralılar xəstəxanaya çatdırılıb.