Su-elektrik stansiyasında qəza – Avtomobillər su altında qaldı

Türkiyənin Sivas vilayətində su-elektrik stansiyasında qəza baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Koyulhisar rayonunda baş verib.

Qəza nəticəsində 2 avtomobil su altında qalıb, 6 nəfər xilas olunub və xəstəxanaya yerləşdirilib.

Su altında qalan magistral yolda suyun çəkilməsi üzrə işləri aparılır.