Su kanalında cəsəd tapıldı, araşdırma başladıldı

Martın 6-da saat 16 radələrində Abşeron rayonunun Saray qəsəbəsi, Üzümçülük yaşayış massivinin ərazisindən keçən su kanalında 1968-ci il təvəllüdlü Cəfərov Akif Əbülfəz oğlunun meyiti aşkar olunub.

Rayon prokurorluğundan Yenicag.az-a bildirilib ki, cəsədin xarici müayinəsi zamanı onun üzərində hər hansı xəsarət izi müəyyən edilməyib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.