Su kəmərində qəza – Bu ərazi susuz qaldı

Binəqədidə suyun verilməsində fasilə yaranıb.

Yenicag.az xəbər verir ki, suyun verilməsində yaranan fasilənin səbəbi ilə bağlı “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib.

O, qeyd edib ki, magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Binəqədi rayonunun 7 və 8-ci mikrorayonlarına içməli suyun verilməsi dayandırılıb.

“Azərsu” ASC-nin əməkdaşları və xüsusi texnikası əraziyə cəlb olunub, qəzanın qısa müddətdə aradan qaldırılması üçün müvafiq işlərə başlanılıb.