Sabah Bakının və Abşeronun bəzi qəsəbələrində suyun verilməsi məhdudlaşdırılacaq.
Sabah Bakının və Abşeron rayonun bəzi qəsəbələrində içməli suyun verilməsində məhdudiyyətlər yaranacaq.
“Azərsu” ASC-dən verilən məlumata görə, Böyükşor gölünün ətraf ərazilərində aparılan tikinti-abadlıq işləri çərçivəsində magistral su xətlərinin köçürülməsi ilə əlaqədar dekabrın 20-də gün ərzində Saray, Yeni Biləcəri yaşayış massivlərinin, Keşlə qəsəbəsinin, Böyükşor gölünün ətrafındakı ərazilərin bir hissəsinə içməli su məhdudiyyətlərlə veriləcək.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir(aktual.az).