Su qızdırıcıları gömrük rüsumundan azad OLUNDU

Azərbaycana idxal olunan günəş işığı ilə işləyən su qızdırıcıları gömrük rüsumundan azad olunub.

Yenicag.az xəbər verir kiNazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib.

Qərara əsasən, daxili yanma mühərriklərindən çıxan qazın təmizlənməsi və ya filtrlənməsi üçün birləşdirilmiş və ya birləşdirilməmiş katalitik çevirici və ya hissəcik filtrinin hər ədədi üçün isə 5 faiz idxal gömrük rüsumu müəyyənləşib.

Bu Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.