Lənkəranda 55 yaşlı kişi su quyusuna düşüb.
Yenicag.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Lənkəran şəhərində 1 nəfər su quyusuna düşərək köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunmuş Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri vətəndaşı dərinliyi təqribən 8-10 metr olan su quyusundan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat başa çatıb.