“SU30-SM” qırıcısısı qəzaya uğradı

Qazaxıstanda təlim uçuşları zamanı “SU30-SM” qırıcısı eniş edərkən qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə Balxaşdakı (Karaqanda vilayəti) aviasiya mərkəzinin ərazisində baş verib:

“Heyət nəfərləri katapult ediblər, hazırda həkim nəzarəti altındadırlar. Hadisə yerinə xüsusi komissiya göndərilib”.